"Qalatasaray" qış transfer dövründə heyətində dəyişikliklər etmək niyyətindədi. Apasport.az saytı "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu bəzi futbolçularla yolları ayırmağa qərar verib.
"Qara siyahı"ya 3 legionerin adı daxil edilib. "Sarı-qırmızılılar"ın gələcək planlarına daxil olmayan oyunçuların sırasında komandadan uzaqlaşdırılan Naycel de Yonqla yanaşı, Rayan Donk da var. Göndəriləcək digər futbolçu isə Yasmin Latovleviçi və Martin Linnesdən biri olacaq.
Əvəzində diqqətlər başqa 3 əcnəbi oyunçuya yönəlib. Hazırda "Atletiko"nun müdafiəçisi Filipe Luis, "Yuventus"un formasını geyinən Kvadvo Asamoa və "Şalke"nin üzvü Yevgen Konoplyanka ilə danışıqlar aparılır.
Qeyd edək ki, "Qalatasaray" Türkiyə Superliqasının cari mövsümündə 15 turdan sonra 32 xal toplayıb və turnir cədvəlində birincidi.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































