Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib. "Real" ikinci yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cazira" klubunu 2:1 hesabı ilə məğlub edib.Madridlilərin heyətində Kriştiano Ronaldo (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).Beləliklə, Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə qarşılaşacaqlar. Xatırladaq ki, ötən gün "Qremio" Meksikanın "Paçuka" klubu üzərində minimal hesablı qələbə qazanıb - 1:0.Apa