Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. Qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 32 komanda növbəti raunddakı rəqiblərini tanıyıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə komandalar 16 cütlük təşkil ediblər. Avropa Liqasının qrup qalibləri və Çempionlar Liqasında 3-cü yer sahiblərindən daha yaxşı nəticəyə malik 4 komanda səpələnmiş kimi digərləri ilə üz-üzə gələcək. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar rəqib olmayacaq.
Cari mövsümdə "Qarabağ"ın Çempionlar Liqasında rəqibi olmuş "Kopenhagen"lə "Atletiko" bir-biri ilə qarşılaşacaq. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalıların 3-cü olduğu qrupda madridlilərlə üz-üzə gəlmişdi. Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.
Avropa Liqası
1/16 final
"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)
"Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya)
"Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya)
"Spartak" (Rusiya) - "Atletik" (İspaniya)
AEK (Yunanıstan) - "Dinamo" (Ukrayna)
"Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)
"Napoli" (İtaliya) - "Leypsiq" (Almaniya)
"Srvena Zvezda" (Serbiya) - MOİK (Rusiya)
"Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)
"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya)
"Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya)
"Styaua" (Rumıniya) - "Latsio" (İtaliya)
"Lüdoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya)
"Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya)
"Ostersun" (İsveç) - "Arsenal" (İngiltərə)
"Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək. Apasport
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































