Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. Bu mərhələdə qrup qalibləri ilə ikinci yer sahibləri görüşəcək. 1/8 finalda eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gəlməyəcək.
1/8 finala qrup qalibi kimi yüksələn Türkiyə təmsilçisi "Beşiktaş"ın da rəqibi bilinib. İstanbul klubu Almaniyanın ən titullu komandası "Bavariya" ilə ilə qarşılaşacaq.
Növbəti mərhələnin ən maraqlı cütlərində isə "Real"la PSJ, "Çelsi" "Barselona" ilə üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.
Çempionlar Liqası
1/8 final
"Yuventus" (İtaliya) - "Tottenhem" (İngiltərə)
"Bazel" (İsveçrə) - "Mançester Siti" (İngiltərə)
"Porto" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Real" (İspaniya) - PSJ (Fransa)
"Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya)
"Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə)
Apasport
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




















.jpg)





























.jpg)
.jpg)



