"Barselona" futbol klubunun hücumçusu Lionel Messi növbəti rekorda imza atıb. Bu barədə klubun saytı məlumat yayıb. Belə ki, argentinalı futbolçu bir klubun heyətində vurduğu qolların sayına görə "Bavariya"-nın keçmiş futbolçusu Herd Müllerin rekordunu təkrarlayıb. Dekabrın 10-da "Vilyarreal"la matçda Messi "Barselona"nın heyətində 525-ci qolunu vurub. Qeyd edək ki, Herd Müller 1964-1979-cu illərdə "Bavariya"nın şərəfini qoruyub. Messi 2004-cü ildən etibarən "Barselona"da çıxış edir. Bu mövsümdə L.Messi İspaniya çempionatında 15 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə edib.apa
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































