AÇ-2020-yə ev sahibliyi edən şəhərlərdən biri bu hüquqdan məhrum olub. Bu haqda UEFA-nın İsveçrənin Nyon şəhərində keçirilmiş İcraiyyə Komitəsi iclasında qərar verilib.
Çempionatın 60 illiyi münasibətilə Avropanın 13 müxtəlif şəhərində keçirilməsi planlaşdırılan yarışı keçirəcək şəhərlərin sırasından Brüssel çıxarılıb. Buna səbəb şəhərdəki stadion tikintisinin geçikməsi olub.
Bu səbəbdən də Brüsseldə keçirilməsi planlaşdırıla 3 qrup və bir 1/8 final matçının keçirilməsi Londona həvalə olunub.
Beləliklə, İngiltərə paytaxtı yarımfinal və final oyunları da daxil olmaqla 7 qarşılaşmaya ev sahibliyi edəcək.
Bundan başqa sözügedən iclasda turnirin açılış matçının İtaliyanın paytaxtı Romada keçirilməsinə də qərar verilib.
Mötəbər yarışın 3 qrup və bir 1/8 final matçı da ölkəmizin paytaxtı Bakıda keçiriləcək.
AÇ-2020-nin qrup oyunları aşağıdakı şəhərlərdə oynanılacaq.
A qrupu: Roma, İtaliya və Bakı, Azərbaycan
B qrupu: Amsterdam, Hollandiya və Budapeşt, Macarıstan
C qrupu: Sankt-Peterburq, Rusiya və Kopenhagen, Danimarka
D qrupu: London, İngiltərə və Qlazqo, Şotlandiya
E qrupu: Bilbao, İspaniya və Dublin, İrlandiya
F qrupu: Münhen, Almaniya və Buxarest, Rumıniya
Qeyd edək ki, final mərhələsi 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək.Apasport
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































