Futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasimi keçirilib.
Tədbir Rusiyanın paytaxtı Moskvada Dövlət Kreml Sarayında baş tutub.
Mərasimi ingiltərəli veteran futbolçu və ekspert Hari Linekerlə rusiyalı telejurnalist Mariya Komandnaya aparıblar. Tədbirə qatılan Rusiya Federasiyasının prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış edərək çempionatın yüksək səviyyədə təşkil olunacağına inam ifadə ediblər.
Püşk nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib.
A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay
B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran
C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka
D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya
E qrupu: Braziliya, İsveçrə, Kosta Rika, Serbiya
F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya
G qrupu: Belçika, Panama, Tunis, İngiltərə
H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya
Qeyd edək ki, oyunlar gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.
Virtualaz.org
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




















.jpg)





























.jpg)
.jpg)



