"İtaliya yığması dünya çempionatına vəsiqə qazana bilmədiyinə görə çox həyəcanlandım. Hələ də özümə gələ bilmirəm". Apasport.az saytı xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Françesko Totti deyib.
"Roma"nın sabiq kapitanı ölkəsinin mətbuatına açıqlamasında maraqlı fikirlər səsləndirib. O, İtaliya yığmasının DÇ-2018-dən kənarda qalmasını hələ də qəbul edə bilmir: "Digər italiyalılar kimi, mən də Rusiyaya gedə bilməyəcəyimizi ağlıma gətirmirdim. Lakin belə alındı və bu, bütün dünya futbolunda şok effekt yaratdı. İtaliyasız mundiala baxmaq çox qəribə olacaq"
Totti A seriyasının cari mövsümü haqda da fikirlərini bildirib. Maraqlıdı ki, o, sabiq komandası "Roma"nın yox, "Napoli"nin çempion olmasını istəyir: "İtaliya çempionatında həmişə eyni səviyyədə 3-4 komanda çıxış edib. Amma "Yuventus" daim hansısa komponentdə üstün olub. "Napoli"nin oyunlarına baxmaq həmişə xoşdu. Onları çempion görmək istərdim. Turində çempionluğu qeyd etməkdən yorulublar. Neapolda isə bu uğurla 100 il yaşayarlar".
Qeyd edək ki, Françesko Totti 1992-2017-ci illərdə "Roma"nın şərəfini qoruyub.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




















.jpg)





























.jpg)
.jpg)



