"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibi "Roma" transfer çalışmalarına başlayıb. Mediainfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, "canavarlar"ın gündəmindəki oyunçulardan ikisi artıq məlumdu.
Baş məşqçi Eysebio Di Françesko "Sassuolo"nun hücumçusu Domeniko Berardi və "Fiorentina"nın yarımmüdafiəçisi Milan Badelin alınmasını istəyib. Badel mövsümün sonunda "Roma"ya havayı keçə bilər. Çünki onun klubu ilə müqavilə müddəti gələn yay başa çatır. Berardini isə "Sassuolo" 40 milyon avroya sata biləcəyini bəyan edib.
Paytaxt təmsilçisi bu oyunçuları qış fasiləsində də heyətə cəlb edə bilər. Ancaq bu, Çempionlar Liqasında "Qarabağ"la keçiriləcək matçdan asılı olacaq. Belə ki, "Roma" növbəti mərhələyə vəsiqə qazansa, rəhbərlik heyəti zənginləşdirmək üçün Berardi və Badeli yanvarda transfer etməyə çalışacaq.
Qeyd edək ki, "Roma" dekabrın 5-də qrup mərhələsinin son turunda "Qarabağ"la qarşılaşacaq
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür




















.jpg)





























.jpg)
.jpg)



