Arda Turan böyük keyfiyyətə sahib qeyri-adi futbolçudur.
Teleqraf.com xəbər verir ki, bu sözləri İspaniyanın "Marca" qəzetinə müsahibəsində "Barselona"nın ulduz futbolçusu Lionel Messi deyib.
O, Türkiyədə çox tənqid edilən futbolçunun oynamaq şansı verilərkən işinin öhdəsindən yaxşı gəldiyini, lakin bəxtinin gətirmədiyini deyib:
"Sadəcə, onun hər futbolçunun ehtiyac duyduğu güvəni qazanmaqda bəxti gətirmədi. O, "Atletiko Madrid"də "Barselona"dan fərqli olaraq hər həftə, üstəlik də başqa mövqedə oynayırdı. Hər həftə oynamaqla, arada-bir oynamaq eyni deyil. Bu, çox çətindir.
Ona görə Arda "Barselona"dan getmək haqda düşünə bilər. Hamımız görürdük ki, Ardaya oynamaq şansı veriləndə işinin öhdəsindən layiqincə gələ bilirdi".
Qeyd edək ki, "Barsa"ya yeni məşqçi gələndən sonra Arda Turan bircə oyun da meydana buraxılmayıb.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


