"Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar".
Bunu "Qafqazinfo"ya açıqlamasında "Qarabağ"ın kapitanı və Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qarabağ"- "Çelsi" matçında baş hakim Manuel De Souzanın futbolçuya qırmızı vərəqə verib "Qarabağ"ın qapısına penalti təyin etməsinə şərh olaraq bildirib.
"Fikrimcə, oyunu iki hissəyə bölmək olar: qırmızı vərəqədən əvvəlki və qırmızı vərəqədən sonrakı oyun. Qırmızı vərəqəyə qədər hər şey yaxşı keçdi, penalti ilə oyunun bütün taleyi həll olundu. Hakimə yaxınlaşıb dedim ki, penalti verirsənsə, heç olmasa qırmızı vərəqə vermə. Amma qərarını dəyişmədi, qırmızı vərəqə də verdi. Avropa oyunlarında hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. Oynadığımız oyunlarda neçə belə epizod var ki, bizə qarşı sərt qərar veriblər. İkinci penaltiyə gəlincə, Qara Qarayevə elə penalti verilirsə, bunun harası Avropa Liqası oldu? Mən həyatım boyu heç vaxt ayaqüstə verilən penalti görməmişəm. Hər iki futbolçu mübarizə aparır və hakim penalti təyin edir. Belə penalti olmur", - deyə R. Sadıqov qeyd edib.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































