"Roma" ilə İtaliyada keçirdiyimiz oyundan sonra rəqib çox "artırıb". Bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone deyib.
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan İspaniya nəhəngi bu gün V tur çərçivəsində "Roma" ilə üz-üzə gələcək. Madridliləri növbəti mərhələ şansını davam etdirmək üçün "Vanda Metropolitano" stadionunda yalnız qələbə qane edir. Simeonenin komandası qarşıdakı iki görüşdə qələbə qazansa belə, 1/8 finala vəsiqə qazanıb-qazanmamağı "Qarabağ"dan asılı olacaq.
Ancaq argentinalı mütəxəssis Azərbaycan çempionunun çıxışı barədə düşünmədiklərini bildirib: "Roma"nın futbolçuları nə etdiklərini yaxşı bilirlər və bunun uğurlu yol olduğuna inanırlar. Qələbə qazandıqca özlərinə inamı daha da artır. Rəqibin heyətində Daniele De Rossi kimi təcrübəli futbolçu var. Hansı ki, bu vəziyyəti idarə edəcək səviyyədədi. Biz hazırda yalnız özümüz barədə düşünməliyik. Bundan sonra "Qarabağ"ın nəticəsinə baxmaq olar. Ümumiyyətlə, "Qarabağ"ın hansı nəticəni göstərməsindən asılı olmayaraq, öz oyunumuza köklənməliyik. Çox az vaxtımız qalıb. Həyatı gözəlləşdirən məqamlardan biri də bəzən gözlənilməz hadisələrin baş verməsidi. Biz də qarşıdakı iki matçda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq".
Qeyd edək ki, sona 2 tur qalmış "Atletiko" 3 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Lider "Roma"nın 8, "Çelsi"nin 7, "Qarabağ"ın isə aktivində 2 xal var.Apasport
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































