Çempionlar Liqası: V tura start verilir

Çempionlar Liqası: V tura start verilir

Bu gün Çempionlar Liqasında V tura start veriləcək.

Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün yaşıl meydanlara çıxacaq.

Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnəcək. Artıq ilk iki yerdən birini təmin edən PSJ, "Bavariya", "Mançester Siti" və "Tottenhem"ə qoşulmaq şansına 12 komanda malikdir.

İlk oyun günündə E qrupunda yalnız bir vəsiqə sahibini tapa bilər. Bunun "Sevilya" - "Liverpul" görüşündə rəsmiləşməsi gözlənilir. Qalib gələn komanda 1/8 finala yüksələcək. Matç heç-heçə bitsə, İngiltərə təmsilçisi "Spartak"ın məğlubiyyəti sayəsində buna nail olacaq.

F qrupunda "Şaxtyor" 1/8 finala yüksələn ikinci komanda olmağa yaxındır. Bunun üçün Ukrayna təmsilçisi "Napoli"yə uduzmamalıdır. Hətta 2-dən artıq qol vurub, minimal hesabla uduzmaq da Donetsk təmsilçisini növbəti mərhələyə daşıyacaq.

G qrupunda "Beşiktaş"la "Porto" mərhələ adlamaq imkanına malikdir. Türkiyəlilər Portuqaliya klubuna uduzmasa, 1-ci yerlə 1/8 finala yüksələcək. Məğlubiyyət də onları növbəti raunda daşıya bilər. Bunun üçün "Leypsiq" də xal itirməlidir. Belə nəticələr qeydə alınsa, elə "Porto" da xoşbəxtlər arasına qoşulacaq.

"Real" H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olmaq üçün APOEL səfərindən qələbə ilə dönməlidir. Madridlilərə 1 xal da kifayət edə bilər. Amma bunun üçün "Borussiya" da xal itirməlidir.(APA)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az