"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu öncəsi son məşqini matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda yox, 8-ci kilometr qəsəbə stadionunda keçirəcək.
Mediainfo.az-ın Qol.az-a istinadən məlumatına görə, məşq saat 15:00-da başlayacaq.
Qeyd edək ki, adətən qonaq komandalar oyunöncəsi son məşqlərini matçın oynanılacağı stadionda keçirirlər.
London təmsilçisinin bu gözlənilməz addımı ilə bağlı "Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Qol.az saytına açıqlama verib. O deyib: "Bu, böyük ehtimalla baş məşqçinin seçimidir. Antonio Konte hələ İtaliya millisini çalışdırarkən Azərbaycanla matça gələndə də (oktyabr, 2015-ci il - red.) oyunöncəsi məşqi Olimpiya stadionunda yox, "Azərsun Arena"da keçirmişdi. Belə addım atmaqda onun məqsədi bu idi ki, komandanın məşqi qapalı keçsin və heç kim hazırlığa baxa bilməsin. O zaman onlar şərt qoymuşdular ki, kənar heç kim məşqə baxa bilməz. Görünür, bu dəfə isə o, "Çelsi" üçün qapalı ərazini seçib. Hətta bildiyimə görə, futbolçuların motivasiyasını poza biləcək kənar təsirlərin olmaması üçün məşq zamanı stadiona 150 nəfərədək polis əməkdaşı cəlb olunacaq".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































