"Real"ın bu mövsüm uğursuz çıxışının səbəbi açıqlanıb.
Uğursuzluğa Kriştiano Ronaldo və Serxio Ramos arasındakı gərginliyin səbəb olduğu iddia edilib.
Ronaldo "Tottenhem"ə məğlubiyyətdən sonra Pepe, Alvaro Moratta və Xames Rodriges kimi futbolçuların gedişinin komandanı zəiflətdiyini bildirmişdi. Ramos isə onunla eyni fikirdə deyil. Kapitan bildirib ki, "Real" mövsümün əvvəlində "Mançester Yunayted" və "Barselona" ilə qarşılaşıb, hər iki rəqibi yenərək Super Kubok qazanıb. Bu oyunlarda gənc futbolçular ön plana çıxıb.
Ronaldonun "onların gedişi komandanı zəiflətdi" dediyi futbolçularla (Pepe, Morata və Rodriges) dostluq münasibətləri var. Ramos isə komandanın gənc ulduzları Naço, Marko Asensio və Dani Kebalyosla, həmçinin İsko və Daniel Karvahalla dostluq edir.
İspaniya və Rusiya arasındakı yoxlama oyunundan sonra Neymarın "Real"a gələcəyi ilə bağlı iddialara münasibət bildirən Ramosun "Madridin qapıları Neymar üçün açıqdı" sözləri Ronaldo ilə münasibətlərinin daha da pisləşməsinə səbəb olub. Bu gərginliklərdən sonra Ronaldonun "Real"ı tərk edəcəyi ilə bağlı iddialar güclənib. Fanat.Az
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































