Dortmund "Borussiya"sında hücumçu Pyerr-Emerik Obameyanqla bağlı sürpriz qərar qəbul olunub. Mediainfo.az-ın Apasport.az saytına istinadən məlumatına görə, qabonlu forvard əsas komandadan qovulub.
Bundesliqanın XII turu çərçivəsində bu gün "Ştutqart"ın qonağı olacaq dortmundlularda Obameyanq matçın iştirak ərizəsinə salınmayıb. Buna səbəb kimi, 28 yaşlı bombardirin intizamsız hərəkəti göstərilib. Almaniya mətbuatının yaydığı xəbərdə Obameyanqın dünənki məşqdən sonra bazanı şəxsi avtomobili ilə tərk etdiyi qeyd edilib. Həmkarlarımız Obameyanqın komandadan uzaqlaşdırılmasının əsas səbəbinin milli komandalarla bağlı yaranmış fasilə zamanı icazəsiz Barselonaya getməsi və yaxın dostu Osman Dembeleni ziyarət etməsi olduğu vurğulanıb.
Qeyd edək ki, Bundesliqada 11 turdan sonra aktivində 10 qol olan Pyerr-Emerik Obameyanq yalnız rəqib qapılarına 11 dəfə yol tapan Robert Levandovskidən ("Bavariya") geri qalır.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


