"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi"nin hücum xəttində ciddi problem yaranıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, Mişi Batşuayidən sonra daha bir hücumçu Alvaro Morata da zədələnib.
25 yaşlı forvard İspaniya millisinin məşqi zamanı ayağından xəsarət alıb. Bu səbəbdən o, komandanın dünənki məşqini buraxmalı olub. Doğrudu, sabiq "Real"ının bugünkü məşqdə və sabah Kosta Rika ilə keçiriləcək yoldaşlıq görüşündə iştirakı gözlənilir. Lakin bu amil "zadəganlar"ın baş məşqçisi Antonio Konteni ciddi narahat edir. İtaliyalı mütəxəssis aparıcı hücumçusunun yığmada oynamasına qarşıdı. Millinin toplanışından sonra "Vest Bromviç" və "Qarabağ"la oyunlara problemsiz hazırlaşmaq istəyən Konte Moratanın yığmada zədəsinin təzələnməsindən qorxur.
Futbolçu özü də zədəsi ilə bağlı fikirlərini bildirib. O, ciddi problemin olmadığını söyləyib: "Yığmaya gələndə ayağımda yüngül ağrı var idi. Dünən isə top uğrunda mübarizə zamanı yenidən xəsarət aldım. Ayağımda ağrılar var. Ancaq vəziyyətin yavaş-yavaş düzəldiyini hiss edirəm".
Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının V turu çərçivəsində noyabrın 22-də "Qarabağ"ın qonağı olacaq.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


