Azərbaycan şahmatçısı ermənini mat qoydu

Azərbaycan şahmatçısı ermənini mat qoydu

Rusiyanın paytaxtı Moskvada Mixail Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, 14 yaşadək qızlar və oğlanlar arasında təşkil olunan yarışda azərbaycanlı zəka sahibi də fərqlənib. Belə ki, zərif cinsin nümayəndələri arasında mübarizə aparan Gövhər Beydullayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz keçirdiyi 10 oyunun hamısında rəqiblərini mat edib – 10 xal. İkinci yeri tutan Məryəm Mkrtçyan (Ermənistan) Beydullayevadan 3,5 xal geri qalıb. İlk "üçlüy"ü qapayan Yuliya Xeqay (Özbəkistan) isə cəmi 6 xal toplayıb. Oğlanların turnirində zəkasını yoxlayan Aydın Süleymanlı 5,5 xal toplayıb və 6-cı yeri tutub.

Qeyd edək ki, 11 turdan ibarət turnirdə 11 şahmatçı mübarizə apardığından hər turda bir zəka sahibi istirahət edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az