"Hər mövsüm çətin keçir. Rəqiblərdən öncə özümüzlə yarışırıq". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Beşiktaş" klubunun baş məşqçisi Şenol Günəş deyib.Ş
Ölkəsinin mətbuatına müsahibə verən təcrübəli çalışdırıcı maraqlı məqamlara toxunub.
O, əvvəlcə çalışdırdığı komanda haqda danışıb: "Xatırlayırsızsa, "Beşiktaş" bir ara çempionatda heç 2-ci yeri tuta bilmədi, 3-cü oldu. Klub iqtisadi baxımdan çətinliklərlə üzləşmişdi. Komanda o vəziyyətdən çempionluğa qədər gəldi. İndi çempionluğun bizə verdiyi bir güvən var. Amma keçmiş uğurlar gələcək nailiyyətlərin zəmanəti deyil. Bu səbəbdən rəqiblərdən öncə özümüzü üstələməliyik".
Günəş hakimlik haqda da fikirlərini bildirib. O, referilərə dəstək olub: "Oyunda biri qalib gəlir, uduzan isə günahı hakimdə tapır. Bəhanələr sizə uğur qazandırmaz. Biz səhv etdiyimiz kimi, hakimlər də meydanda mütləq səhvə yol verirlər. Bizim vaxtımızda məşqçi olmaq üçün ümumilikdə 6 oyunda hakimlik etmək lazım gəlirdi. 3-də baş hakim, 3-də isə hakim köməkçisi olurduq. Həmin tələbləri yerinə yetirmişəm".
65 yaşlı çalışdırıcı arzularından da bəhs edib: "Barselona"nı sevirəm, bu komandanın futbol tərzini də bəyənirəm. Avropaya gedə bilsəm, orda çalışmaq istəyərəm. Çempionlar Liqasında uğur qazanmaq və yığma ilə dünya çempionu olmaq da arzularımın sırasındadı. Amma mən qarşıma həmişə öhdəsindən gələ biləcəyim məqsədlər qoymuşam. Həmin hədəflərə də bu günə qədər çatdığımı düşünürəm".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































