“Qəbələ” Türkiyə klubuna 6 cavabsız qolla qalib gəldi

“Qəbələ” Türkiyə klubuna 6 cavabsız qolla qalib gəldi

Türkiyədə təşkil olunan "Limra Cup" turnirində növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, "Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın 4-cü günündə "Kəmər Kartalları" ilə qarşılaşıb.

Keçirdiyi bütün qarşılaşmalarda böyükhesablı qələbə qazanan "qırmızı-qaralar" seriyanı bu dəfə də davam etdiriblər. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 6 cavabsız qolla qalib gəlib. "Qəbələ"nin heyətində Ziya Şəkərxanov 2, Ömər Cəbrayılov, Həsən Nəzərli, Murad Əbilov və Ömər Ağababayev hərəyə 1 dəfə fərqləniblər.

Bunadək "Manavqatspor"u 10:0, "BD Spor"u 4:0 hesabı ilə məğlub edən "Qəbələ" 3 matçdan sonra 9 xalla liderlər qrupunda qərarlaşıb. Komanda bu gün daha iki oyun keçirəcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az