Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının altıncı turu keçirilib.
APA-nın xəbərinə görə, kişilərdən ibarət yığmamız Ermənistan, xanım şahmatçılarımız isə Rumıniya millisi ilə qarşılaşıblar.
Kişilərdən ibarət yığmamız Teymur Rəcəbov və Rauf Məmmədovun qələbələri sayəsində Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib. Arkadiy Naydiç rəqibi ilə heç-heçə edib. Şəhriyar Məmmədyarov isə Levon Aronyana uduzub.
Qadınlardan ibarət yığmamız isə Rumıniyaya 1,5:2,5 hesabı ilə məğlub olub.
Hazırda ümumi hesabda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü, qadınlar isə 6 xalla 14-cü pillədə qərarlaşıblar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































