"Hamıya təşəkkür edirəm. Futbolçu olanda millidə oynamaq istəyirsən, məşqçi kimi millidə işləmək isə hər kəsin arzusudur. Mənə inandığınız üçün təşəkkür edirəm. Məsuliyyətli işdir. Hamının gözü millidə olur".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin yeni baş məşqçisi Qurban Qurbanov deyib.
AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra baş məşqçi təyinatına münasibət bildirən Qurbanov indi daha məsuliyyətli işə başladığını qeyd edib: "Azarkeşlərin fikirlərini, düşüncələrini yaxından eşitmişəm. Çox istəyirlər ki, milli daha uğurlu nəticələr əldə etsin. Mənim üçün böyük məsuliyyətdi. Çalışacağıq ki, AFFA ilə birgə daha yaxşı nəticə əldə edək. Bu, bir ayın işi deyil. Planlarımız uzun olacaq. Yavaş-yavaş irəli getməliyik ki, milli daha peşəkar olsun. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələnin artığını etməyə çalışacam. Bir azərbaycanlı kimi çalışacam ki, daha yaxşı nəticələrə imza ataq".
Q.Qurbanov "əsas köməkçilərinizdən biri Rəşad Sadıqov olacaqmı" sualını belə cavablandırıb: "Bu barədə danışmaq hələ tezdir. Çünki təkcə köməkçilər yox, çox detal var. İndi bu suala cavab verə bilməyəcəm. Çünki hələ düşünməmişik. Ola bilsin, bir araya gələk".
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


