PSJ-nin baş məşqçisi Unai Emeri ilə komandanın aparıcı oyunçularından olan Neymarın münasibəti pisləşib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Fransanın "Le Parisien" nəşri yayıb.
Narazılığın Neymar və Edinson Kavani arasındakı penalti söhbəti ilə başlandığı bildirilir. Braziliyalı futbolçu həmin məqamda baş məşqçinin onun tərəfini saxlamalı olduğunu düşünsə də, Emeri neytral mövqe tutmuşdu.
Bundan sonra isə Neymar ispaniyalı çalışdırıcının iş üslubunu tənqid edib. Bu məsələdə həmyerliləri – Daniel Alveş və Tiaqo Silva da Neymara dəstəkdi. Onların da Emeri ilə işləmək istəmədiyi bildirilir.
Qeyd edək ki, Neymar PSJ-yə yayda "Barselona"dan keçib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































