İspaniya nəhəngi "Real Madrid" klubu ulduz futbolçu Kriştiano Ronaldonun klubdan ayrılacağı təqdirdə yerinə braziliyalı Neymarı gətirəcək.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın "Don Balon" dərgisi məlumat yayımlayıb.
Məlumatda klubun artıq Neymarla transfer görüşlərinə başladığı bildirilib.
Bu il "Barselona" klubundan Fransanın "PSJ" klubuna 222 milyon avro qarşılığında transfer olan Neymar Fransa Liqasındakı mübarizədən razı qalmadığını dəfələrlə göstərib. Transfer olduqdan sonra uruqvaylı futbolçu Kavani ilə dalaşan Neymarın "PSJ" macərasının qısa sürəcəyi bildirilmişdi. Buna görə də ulduz futbolçunun "Real"a transfer olunmaq şansı və istəyi müsbət dəyərləndirilib. Neymarın "Barselona"ya geri qayıtma ehtimalı az olduğuna görə, "Real" klubu özünü daha şanslı hiss edir. Hətta klubun prezidenti Florentino Perez Neymarın atası ilə görüşərək futbolçunu transfer etmək yollarının axtarışına çıxıb.
222 milyon avro qarşılığında "PSJ"-yə transfer edilən dünyanın ən bahalı futbolçusunun "Real"a gedəcəyi təqdirdə nə qədər pul ödənəcəyi hamının marağındadır.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


