Sənət adamları "Qarabağ" haqda - "Xarüqələr yaratdınız"

Sənət adamları "Qarabağ" haqda - "Xarüqələr yaratdınız"

"Qarabağ" Çempionlar Liqasında səfərdə "Atletiko" ilə 1-1 oynayıb və İspaniyadan 1 xalla geri qayıdıb.

Mediainfo.Az axşam.az-a istindən xəbər verir ki, komandanın uğuruna müğənnilər də biganə qalmayıblar. Məşhurlar sosial şəbəkə profillərində paylaşım edərək, "Qarabağ"ı təbrik ediblər.

Əməkdar artist Tünzalə Ağayeva:
"Gözəl, əzimkar bir oyun göstərdiz. Sizə təşəkkür edirəm. Fəxr edirəm ki, Avropanın ən güclü klubuyla dünya səviyyəsində bir oyun göstərdiz. Sizinlə qürur duyuram. Azərbaycan sizinlə fəxr edir".

Əməkdar artist Tünzalə Əliyeva:
"Qürurverici bir an, təbriklər "Qarabağ".

Əməkdar artist Vasif Məhərrəmli:
"Bu insan xarüqələr yaratdı. Axşami oyuna görə bütün futbolçularımıza təşəkkür edirəm. Bu həyəcanı və sevinci bizə yaşatdığı üçün Qurban Qurbanova minnətdaram".

Müğənni Roza Zərgərli:
"Qarabağ"... Bu uğura görə bütün komandaya təşəkkürlər".

Müğənni Elton Hüseynəliyev:
"Azərbaycan futbolunun daha bir uğuru, "Qarabağ" 1- 1 "Atletiko". Həm də böyük uğur! "Qarabağ"ın bütün futbolçularını, azarkeşlərini və özümü təbrik edirəm".

Aşıq Samirə Əliyeva:
"Var olsun "Qarabağ" komandamız. Allah sizi qorusun, qələbə daima sizinlə olsun. Biz də sevinək".

Aktyor Fərda Xudaverdiyev:
"Gözlərimizə inanmaq vaxtıdır. Sonda hesabın necə olacağından asılı olmayaraq "Qarabağ" ürəyimizdir".

Bununla yanaşı müğənnilər Manaf Ağayev, Elvin Abdullayev, prodüser Anar Mədətov, aparıcılar Ceyhun Əli, Lalə Azərtaş və başqaları da komandamızı təbrik ediblər.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az