Çempionlar Liqasının qrup mərhələsinin IV turunun ilk günündən sonra UEFA reytinqi açıqlanıb.
Mediainfo.Az apasport.az-a istinadən xəbər verir ki, siyahı Azərbaycan üçün rekordla əlamətdar olub.
Belə ki, ölkəmiz bir mövsüm ərzində yığdığı xalların sayında 2 il əvvəlki rekordunu təkrarlayıb. 2015/16 mövsümünü 4,375 xalla başa vuran Azərbaycan yenə eyni əmsala malikdir.
Bu, "Qarabağ"ın sayəsində gerçəkləşib. Səfərdə "Atletiko" ilə qollu heç-heçə (1:1) edən ağdamlılar aktivimizə növbəti 0,250 xal gətirib. Ümumiyyətlə isə 4,375 xalın 2,625-i "Qarabağ"ın hesabındadır. "İnter" 0,750, "Zirə" 0,625, "Qəbələ" 0,375 xal qazandırıb.
Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 19,125-ə çatıb. Bu nəticə də futbol tariximizin ən yüksək nəticəsidi. Lakin bu rekord da mövqeyimizin dəyişməsinə kömək etməyib. Azərbaycan Avropada 22-ci sırada qalıb.
Ölkəmiz 1 addım gerisində olduğu Rumıniyadan 0,725 xal geri qalır. Ən yaxın izləyicimiz İsveç isə 0,400 xal geridədi.
Dünənki oyunlar yalnız bir dəyişikliyə səbəb olub. Yunanıstan 13-cü pilləyə yüksəlib. Ellada təmsilçisi Çexiyanı arxada qoyub.
Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir - 94,284 xal.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


