"Mançester Yunayted"in futbolçusu Markus Reşford "Real"ın maraq dairəsinə düşüb. Apasport.az saytı "Mirror" nəşrinə istinadən xəbər verir ki, gənc hücumçunu klub rəhbərliyinə Madrid təmsilçisinin üzvü Kriştianu Ronaldo məsləhət görüb.
O, "Real" rəsmiləri ilə söhbətində Reşfordun transferinin komandaya çox fayda verə biləcəyini deyib. Ronaldo 19 yaşlı ingilis forvardın "kral klubu"na keçməyə qarşı olmayacağını düşünür.
Bununla belə, madridlilərin indiki məqamda əsas transfer hədəfi Harri Keyndi. "Tottenhem"in üzvünün keçidi baş tutmasa, "Real" rəhbərliyi Reşfordla danışıqları gücləndirəcək.
Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Markus Reşford 2015-ci ildən əsas komandanın formasını geyinir. O, "mankunianlar"ın heyətində 84 oyunda 25 qola imza atıb.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


