Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı

Məşhur ispan nəşri “Qarabağ”ı erməni klubu adlandırdı

İspaniyanın məşhur "Mundo Deportivo" idman nəşri kobud səhv buraxıb.

Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırıb.

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – qeyd.) ötən gecə erməni "Qarabağ"ına qarşı oynadı - hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi", - yazıda bildirilir.

Xatırladaq ki, "Qarabağ"-"Atletiko" matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz bərabərliklə yekunlaşıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az