Çempionlar Liqasının qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb.
"Ölkə.Az" Apasport-a istinadla xəbər verir ki, Çempionlar Liqasının baş tutan 16 qarşılaşması siyahıda bəzi dəyişikliklərlə nəticələnib.
2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəlin ilk "100-lüy"ündəki yeganə Azərbaycan klubu "Qarabağ"dır. İspaniyanın "Atletiko" klubu ilə Bakıdakı qolsuz heç-heçə çempionumuzun aktivinə daha 1 xal gətirib.
Bununla, Qurban Qurbanovun yetirmələrinin aktivindəki əmsal 19,500-ə qədər artıb. Cari mövsümdə 5 xal əldə edən "Qarabağ" irəliləməyə də müvəffəq olub.
Ağdam klubu hazırda Avropanın 66-cısı adına şərikdir. Təmsilçimiz Hollandiya "Feyenoord"u ilə eyni göstəriciyə malikdir.
"Atletiko" ilə qarşılaşmayadək 18,500 xalı olan "Qarabağ" Belarus BATE-si ilə 70-ci yeri bölüşürdü. 4 pillə irəliləyən çempionumuz BATE-dən başqa, "Betis", "Real Sosyedad" və "Selta"nı arxada qoyub.
Hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə "Qarabağ"ın 23,225 xalı var.
Qeyd edək ki, hər iki metodlu hesablamada siyahıya İspaniya "Real"ı başçılıq edir.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































