Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Qarabağ" öz meydanında "Atletiko" ilə 0-0 heç-heç edib.
"Qafqazinfo" xəbər verir ki, matça damğa vuran epizod isə 75-ci dəqiqədə baş verib.
"Qarabağ"ın hücumçusu Dino Ndlovu rəqibin cərimə meydançası daxilində Dieqo Qodini aldadıb keçərkən yerə yıxılıb. Fransız hakim Ruddi Buke isə bunu simulyasiya kimi dəyərləndirib və hücumçumuzu cəzalandırıb. İkinci sarı kartı alan Ndlovu meydandan qovulub.
Televiziyada epizodun videotəkrarında açıq-aşkar görünüb ki, həmin epizodda Qodinin ayağa müdaxiləsi nəticəsində Ndlovu yıxılıb. Qodinin bu hərəkətini görməyən və ya doğru qiymətləndirməyən fransız hakimin səhv qərarı nəticəsində "Qarabağ"ın penal, bəlkə də 3 xal qazanmaq şansı əlindən alınıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































