Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb.
Qol.az-ın məlumatına görə, o, "Marca"ya açıqlamasında Madrid klubunu çətin oyun gözlədiyini deyib: "Qarabağ" çox yaxşı komandadır. Onların güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək".
Qeyd edək ki, İ.Herrera 2008-2009-cu illərdə İspaniyada "Betis"in B komandasında çıxış edib.