Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən biri olan "Çelsi"nin baş məşqçisi Antonio Konte maraqlı açıqlamalarla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis çox yorulduğunu və futbola nifrət etdiyini deyib.
"Möhtəşəm bir baş məşqçi olmaq üçün həyatınızı fəda etməlisiniz. Günün 18 saatını futbol haqqında düşünməyə məcburam. Bundan zəhləm gedir" – deyə Konte bildirib.
O, əslində bu sənətin uşaqlıq arzusu olduğunu da qeyd edib: "Məşqçilik uşaqlığımdan bəri xəyalım olub. 14 yaşım olanda məktəb komandasına məşq keçirdim. Bu işin mənim həyatım olacağını hiss etmişdim. Gündə 4 və ya 5 saat yatıram. Gözlərim açıq olduğu hər an futbolu düşünürəm. Bu işi həm sevir, həm də niftrət edirəm".
Qeyd edək ki, Antonio Konte 2016-cı ildən "Çelsi"yə rəhbərlik edir.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var






















































