Topaz Premyer Liqasının 8-ci turunda səfərdə "İnter"i 2:0 hesabıyla məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Qafqazinfo" xəbər verir ki, Qurban Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Həmişəki kimi, bu gün də "İnter"ə qarşı oynamaq çətin idi. Furtbolçular sona qədər əllərindən gələni etdilər. Rəqibin çox yaxşı oyun üslubu var, futbolçuları mübarizə aparırlar. Buna baxmayaraq, futbolçularımız sona qədər qol vurmağa çalışdılar.
- Rəşad Sadıqov və Dani Kintananın oynamaması süni örtüklə bağlı idi?
- Demək olar ki, bəli. Rəşadda da yüngül zədə var, komandaya tam qoşulmayıb. Daninin oyunu buraxmaq ehtimalı var idi. Vəziyyəti elə də ciddi deyildi. Sadəcə, istəmədim ki, meydanda olsun.
- Miçel "Atletiko" ilə Çempionlar Liqası matçına qədər sağalacaq?
- Miçelin məşqdə ayağında ağrı olmuşdu. Hələ tam dəqiq məlumat verə bilməyəcəm. Oynamaq ehtimalı var.
- Dino Ndlovu son dəqiqələrdə zədələndi. Vəziyyəti necədi?
- Elə güclü zərbə olmadı. Topa zərbə zamanı rəqib oyunçu ayağına vurdu.
- Rahid Əmirquliyev millidə himni oxumadığı üçün tənqid olunub. Buna münasibətiniz necədi?
- Sizcə, Rahidi içəri salmaq lazımdı? Bu barədə düşünməmişəm. Rahid bundan əvvəl də yığmada komandanı kapitan kimi meydana çıxarıb. Himni oxumaq vətənə olan sevgini göstərmir. Kimsə oxuyursa, o demək deyil ki, vətəni başqasından çox sevir. Rahidin vətənə olan sevgisini hamımız bilirik. Bu oyunçular 10-15 il Azərbaycan futboluna xidmət edib, nümunəvi olub. Belə futbolçulara hörmətlə yanaşmaq lazımdı.r Rahidə insan kimi həmişə qibtə etmişəm.
- Ağabala Ramazanov çoxdandı niyə görünmür?
- Zədəlidi, fərdi qaydada məşq edir. Bir-iki günə komandaya qoşula bilər.
- Ramil Şeydayev Almaniya ilə matçı yüksək səviyyədə keçirsə də, bu gün meydana çıxmadı...
- Bəzən oyunun gedişatına görə fərqli sistem qura bilirsən. Bu gün Maksim Medvedevi də meydana buraxmaq istəyirdim. Amma bəzi səbəblərdən alınmadı. Oyunun gedişatı bizi başqa dəyişikliklərə vadar etdi.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































