UEFA-nın yeni layihəsi olan Millətlər Liqasında bütün dəstələr və səbətlər bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının D liqasında çıxış edəcəyi bir neçə gün öncədən dəqiqləşmişdisə, digər komandalar yenicə öz mövqeyinə qovuşub.
4 liqada baş tutacaq yarışın iki ən yüksək dəstəsinin hərəsində 12 komanda çıxış edəcək. C liqasında 15, D liqasında 16 iştirakçı olacaq.
Liqaların qruplarının püşkatması gələn il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində baş tutacaq. Azərbaycan yığması D liqasının ən yüksək reytinqlisi olduğundan I səbətdə yer alıb. Bu da millimizə zəif rəqiblər vəd edir.
2018-ci ilin sentyabr-noyabr aylarında bütün liqaların qrup oyunları baş tutacaq. A liqasının qrup qalibləri 2019-cu ilin iyununda iştirakçılardan birinin meydanına yığışaraq, yarımfinal və final görüşlərində mükafatların sahiblərinə aydınlıq gətirəcək.
A, B və C liqalarının qruplarında sonuncu yeri tutanlar aşağı dəstəyə yuvarlanacaq və növbəti turnirdə orada çıxış edəcək. B, C və D liqalarının qruplarında 1-ci yeri tutanlar isə bir dəstə yuxarı irəliləyəcək.
Göründüyü kimi, Azərbaycan millisinin C liqasına vəsiqə uğrunda mübarizə aparmaq şansları yüksəkdi.
Amma Millətlər Liqasındakı qazanc yalnız yuxarı dəstəyə qalxmaq deyil. Çünki hər liqanın 1 komandası AVRO-2020-yə yüksələcək.
Bu vəsiqələrin sahibləri 2020-ci ilin martında keçiriləcək pley-offda sahibi tapacaq. Hər liqanın Avropa çempionatının seçmə mərhələsindən kənarda qalan 4 ən yaxşısı pley-offda qüvvəsini sınayacaq.
A liqası
I səbət
Almaniya, Portuqaliya, Belçika, İspaniya
II səbət
İsveçrə, Fransa, İngiltərə, İtaliya
III səbət
Polşa, İslandiya, Xorvatiya, Hollandiya
B liqası
I səbət
Avstriya, Uels, Rusiya, Slovakiya
II səbət
İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina
III səbət
Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə
C liqası
I səbət
Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
II səbət
Yunanıstan, Serbiya, Almaniya, Norveç
III səbət
Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya
IV səbət
Kipr, Estoniya, Litva
D liqası
I səbət
Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan
II səbət
Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
III səbət
Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
IV səbət
Andoora, Kosovo, San Marino, Cəbəllütariq
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































