Sabah Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya millisinin qonağı olacaq.Bu, yığmamızın baş məşqçisi Robert Prosineçkinin Azərbaycan millisində son matçı olacaq.
Belə ki, AFFA rəhbərliyi dekabrın 3-də müqaviləsinin müddəti başa çatacaq xorvatiyalı mütəxəssislə sözləşməni yeniləməyəcək. Heç Prosineçkinin özü də bu postda qalmaqda maraqlı deyil. O, daha sərfəli təklifləri gözdən keçirəcək.
Assosiasiya rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına da başlayıb. Maraqlıdır ki, namizədlər arasında Çexiya ilə matçda milli karyerasını başa vuran Rəşad Sadıqovun da adı var. Mənbə bildirilir ki, "Qarabağ"ın U-19 komandasının baş məşqçisi olan sabiq kapitan namizədlər arasında ən şanslı olandır.
Qeyd edək ki, cari tsikldə millimiz Prosineçkinin rəhbərliyində 10 xal qazanıb. Bu xallardan 6-ı da "cırtan" San-Marino üzərində səfərdə və evdə qazanılan qələbərə görədir. Digər 4 xala gəlincə, millimiz evdə Norveçi məğlub edib, Çexiya ilə isə səfərdə qolsuz bərabərə qalıb.
///Yenicag.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


