Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
Sabah keçiriləcək DÇ-2018-in Çexiya ilə seçmə oyunu Azərbaycan millisinin bu rəqiblə 3-cü dueli olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək bu iki yığma arasında 2 duel baş tutub.
Yığmamız indiyədək Çexiyaya nəinki uduzub, heç qol da buraxmayıb. Rəqiblərin ilk dueli 2009-cu ildə keçirilib. Noyabrın 18-də BƏƏ-də təşkil olunan turnir çərçivəsində baş tutan görüşdə millimiz Çexiyaya 2:0 hesabı ilə qalib gəlib.
İkinci duel isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilib. Ötən il oktyabrın 11-də Çexiyada oynanılan qarşılaşmada qapılara qol vurulmayıb.
Neytral meydanda və səfərdə uduzmadığımız rəqib ilk dəfə Bakıda qonağımız olacaq. 3-cü duelə üstün durumda çıxacaq yığmamız uğurlu seriyanı davam etdirməyə çalışacaq.