Abubakar liderlər sırasında, Ndlovu siyahıdan kənarda

Abubakar liderlər sırasında, Ndlovu siyahıdan kənarda

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin başa çatan 9 ayı üçün ən yaxşı bombardirlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəl beynəlxalq oyunlarda vurulan qolların sayına əsasən tərtib olunub.

Milli komandanın heyətində və klub səviyyəli qitə miqyaslı turnirlərdə ən azı 7 top vuranların yer aldığı siyahıda 28 futbolçunun adı var. Cədvələ son aylarda olduğu kimi Portuqaliya yığması və İspaniya "Real"ının hücumçusu Kriştianu Ronaldo başçılıq edir. O, millidə 10, klubunda 14 dəfə fərqlənib. Ümumilikdə isə 24 qolun müəllifi olan forvard ən yaxın izləyicisini ikiqat üstələyir.

Belə ki 2-ci sırada qərarlaşan Kim Yu Sonqun hesabında 12 top var. Asiyalı KXDR yığmasında 3, "Aprel 25" klubunda 9 dəfə fərqlənib. İlk "üçlük"dəki yeganə dəyişikliyin səbəbkarı isə Harri Keyn və Vinsent Abubakardı. Onlar qol sayını 10-a çatdıraraq, 3-cü yerə şərik olub. Bu il iki klub - "Beşiktaş"ıa "Porto"da çıxış etmiş sonuncu həm klub səviyyəsində, həm də Kamerun yığmasında 5 dəfə qol sevinci yaşayıb. Keyn isə İngiltərə yığması və "Tottenhem"in hərəsində 5 qol vurub.

Daha üç oyunçunun hesabında 10 top olsa da, onların millidə az fərqlənməsi aşağı pillələri tutmaqları ilə nəticələnib.

Qeyd edək ki, İFFHS-in cədvəlində Azərbaycan təmsilçisi yoxdu. Çünki ən məhsuldar oyunçumuz "Qarabağ"ın CAR-dan olan legioneri Dino Ndlovu cəmi 4 qol vurub. O, bütün qollarını Çempionlar Liqasında təmsilçimizin heyətində rəqib qapısından keçirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az