"Biz Azərbaycana bir hədəflə gəlmişik. O da medal qazanmaqdı. Əlbəttə, qatıldığımız istənilən yarışın qalibi olmaq istəyirik". Apasport.az saytının məlumatına görə, bunu Hollandiya millisinin voleybolçusu Enn Buijs deyib.
2014/2015 mövsümündə "Lokomotiv"də çıxış etmiş 26 yaşlı hücumçu Bakıda keçirilən Avropa çempionatından danışıb. Yarımfinalda rəqibini gözləyən Buijs bildirib ki, Azərbaycan yığması ilə oynasalar qisas almağa çalışacaqlar: "1/4 finalda İtaliya ilə qarşılaşdıq. Çox yaxşı oyun oldu. Rəqibi elə təzyiq altına saldıq ki, onlar öz oyun ritmlərini tapa bilmədilər. Hələlik növbəti rəqibimizin kim olacağı dəqiqləşməyib. Lakin bu rəqib Azərbaycan olsa, onlardan revanş alacağımıza ümid edirəm. Çünki bu ilin yayında dünya çempionatının seçmə mərhələsində onlardan çox üzücü məğlubiyyət almışdıq".
Qeyd edək ki, Hollandiyanın yarımfinaldakı rəqibi bu gün keçiriləcək Azərbaycan – Almaniya oyununun güclüsü olacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































