Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən "Qarabağ" – "Roma" matçında rekord qeydə alınıb.
Yenicag.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı 67.200 azarkeş izləyib ki, bu da cari turun azarkeş sayına görə rekord nəticədir.
İkinci pillədə isə "Borussiya" (Dortmund) – "Real" matçı dayanır. Almaniyadakı qarşılaşmanı 65.849 azarkeş izləyib.
"Qarabağ"ın da yer aldığı C qrupu çərçivəsində keçirilən "Atletiko" – "Çelsi" matçı isə azarkeş sayına görə üçüncü pillədədir. Madriddəki qarşılaşmanı 60.643 fanat izləyib.
Ən az azarkeş isə "Monako" – "Portu" matçında qeydə alınıb. Sözügedən qarşılaşmaya 11.703 azarkeş tamaşa edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































