Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
Çempionlar Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb.
Qol.az-ın məlumatına görə, dünən keçirilən 8 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Roma"ya 1:2 hesablı məğlubiyyəti reytinq xalımızın dəyişməz qalmasına səbəb olub. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var.
Ən yaxın izləyicimiz isə dəyişilib. .İki pillə irəliləyən Şotlandiya 23-cü sıraya yüksəlib. Britaniyalılar İsveçlə Belarusu arxada qoyub. Hazırda ölkəmiz yeni qonşusu Şotlandiyanı 0.500 xal qabaqlayır.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan Rumıniyanın 19.050 xalı var.