Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Beşiktaş" – "Leypsiq" matçında maraqlı anlar yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, türkiyəli azarkeşlərin "Vodafone Park" stadionunda yaratdığı atmosfer qonaq komandanın futbolçularına ciddi şəkildə təsir edib.
Hətta qarşılaşmanın ilk hissəsində Bundesliqa təmsilçisinin hücumçusu Timo Verner səsdən narahat olaraq, əvəzlənməsini istəyib. Həkimlər arenadakı səsi eşitməməsi üçün futbolçuya qulaqcıq taxsalar da, bunun bir xeyri olmayıb. Nəticədə məşqçilər korpusu 21 yaşlı forvardı 32-ci dəqiqədə əvəzləmək məcburiyyətində qalıblar.
"Leypsiq"in baş məşqçisi Ralf Hazenhyuttl da görüşdən sonra məğlubuiyyətdə azarkeş təzyiqinin böyük təsir göstərdiyini söyləyib: "Azarkeşlərin komandalarına dəstəyi inanılmaz idi. Futbolçularım ilk dəqiqələrdən tribunalardakı səsdən təsirləndilər. Nəticədə heç cür istədiyimiz oyunu göstərə bilmədik".
Qeyd edək ki, "Leyptsiq" üzərində 2:0 hesablı qələbə qazanan "Beşiktaş" iki turdan sonra 6 xalla G qrupuna liderlik edir.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


