Almaniya yığmasının futbolçusu Yulian Draksler PSJ-dən ayrıla bilər. Apasport.az saytı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi İspaniyadan təklif alıb.
Belə ki, Madrid "Real"ı Drakslerin xidmətində maraqlıdı. "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan onun oyununu bəyənir. Fransalı çalışdırıcı rəhbərliklə söhbətində Draksleri ixtiyarında görmək istədiyini bildirib.
Bundan sonra hərəkətə keçən "Real" rəhbərliyi qarşı tərəflə danışıqlara start verib. İspanlar Draksleri yanvarda transfer etməyi planlaşdırırlar. Parislilərin bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, "Şalke"nin yetirməsi olan Yulian Draksler PSJ-yə bu ilin əvvəlində "Volfsburq"dan keçib. O, hazırkı komandasında ümumilikdə 29 oyunda 10 qola imza atıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































