"Dünya çempionatının final mərhələsinə yüksəlmək şansımız qalmayıb. Buna baxmayaraq, seçmə mərhələnin son görüşlərində özümüzü yaxşı tərəfdən göstərmək istəyirik". Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.
Çexlər DÇ-2018-in seçmə mərhələsində sonuncu matçlarını Azərbaycan və San Marino yığmalarına qarşı keçirəcəklər.
Bu oyunlar üçün heyəti açıqlayan Yarolim ölkəsinin mətbuatına açıqlama verib. O, ilk dəfə dəvət göndərdiyi Şimon Faltaya böyük ümid bəslədiyini bildirib: "O, texniki cəhətdən yaxşı futbolçudu. Komandanın oyun üslubuna uyğunlaşmaqda çətinlik çəkməyəcək. İndi heyətdə böyük dəyişikliklər etmək istəmirik. Seçmə mərhələ bitəndən sonra bu barədə düşünəcəyik. Gələn ilin yazında başqa futbolçular da millidə oynamaq şansı qazanacaqlar".
Təcrübəli çalışdırıcı seçmə mərhələnin son 2 matçında 6 xalı hədəflədiklərini deyib: "Düzdü, dünya çempionatına getmək şansımız qalmayıb və bu bizi məyus edir. Amma hər oyunun əhəmiyyəti var. Həm Azərbaycan, həm də San Marino ilə matça qələbə üçün çıxacağıq. Onlara qalib gələ bilsək, komandamızın reytinq xalına təsir edəcək. Bu da növbəti püşkatmada daha yüksək səbətdə yer almağımıza şərait yarada bilər".
Qeyd edək ki, oktyabrın 5-də Bakıda millimizin qonağı olacaq Çexiya yığması 3 gün sonra San-Marinonu qəbul edəcək.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































