İspaniya yığmasının futbolçusu Dieqo Kostanın "Atletiko"ya transferi tam dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, "Çelsi" klubu bu keçidi rəsmən təsdiqləyib.
Məlumatda Kostanın transferi ilə bağlı ispanlarla razılığın əldə olunduğu bildirilir. Keçidin rəsmiləşməsi üçün 29 yaşlı forvardın "Atletiko" rəhbərliyi ilə müqavilənin detallarında ortaq məxrəcə gəlməsi qalıb. Bu da reallaşandan sonra Kosta Madrid təmsilçisində tibbi müayinədən keçəcək və sözləşməyə qol çəkəcək.
İngilislər transferin hansı məbləğ qarşılığında həyata keçəcəyini açıqlamasalar da, Kostanın "Atletiko"ya 60 milyon avro müqabilində qayıtdığı qeyd olunur.
Qeyd edək ki, Dieqo Kosta "Çelsi"yə 2014-cü ildə məhz "Atletiko"dan keçmişdi.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































