"Atletiko" Dieqo Kostanın transferini həll edə bilib. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun "Çelsi" rəhbərliyi ilə ortaq məxrəcə gəlməsi mümkün olub.
"Zadəganlar" 29 yaşlı hücumçunu 60 milyon avro qarşılığında satmağa razılaşıblar. Kostanın bu gün "Atletiko"da tibbi müayinədən keçəcəyi bildirilir. O, yanvardan etibarən İspaniya təmsilçisinin formasını geyinəcək.
Kosta "Atletiko"da ən yüksək ödənişli futbolçu olacaq.
İspaniya yığmasının üzvü "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə konflikt yaşadığından, İngiltərəyə qayıtmaq istəmirdi. Öz növbəsində, italiyalı çalışdırıcı cari mövsümdə Kostanın xidmətinə ehtiyac duymadığını bildirmişdi.
Qeyd edək ki, "Atletiko" Kosta üçün yad deyil. O, 2010-2014-cü illərdə bu komandanın formasını geyinib.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





















.jpg)





























.jpg)
.jpg)


