“Alves Neymarın fahişəsi kimidi” – Dieqo Forlan

“Alves Neymarın fahişəsi kimidi” – Dieqo Forlan

PSJ-nin hücumçuları Neymar və Edinson Kavani arasında baş verən insidentə daha bir futbolçu münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, digər uruqvaylı futbolçu Dieqo Forlan həmyerlisi Kavaninin tərəfini tutub.

Yerli mətbuata danışan 38 yaşlı forvard bu məsələdə Neymarın haqsız olduğunu söyləyib. O, "Lion"la qarşılaşmada cərimə zərbəsi zamanı topu Kavanidən alaraq Neymara verən Dani Alvesi isə təhqir edib: "Kavani vəziyyətdən necə baş çıxaracağını, nə deyəcəyini yaxşı bilir. Meydandan kənarda heç kimlə dost olmaq məcburiyyətində deyil. Amma meydanda hamısı yaxşı anlaşmalıdı. Bu problemin iki oyunçu arasında olması normaldı. Amma Dani Alvesin topu alaraq Neymarın fahişəsi kimi ona verməsi məntiqli deyil. Neymar futbol tarixinin ən bahalı transferi ola bilər. Amma Kavaniyə hörmətlə yanaşmalıdı. Neymar bu hərəkəti Messiyə qarşı edə bilməzdi".

Qeyd edək ki, Fransa çempionatının VI turunda "Lion"la matçda (2:0) Neymarla Kavani arasında cərimə zərbələrini və penaltini yerinə yetirməklə bağlı narazılıq yaşanmışdı.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az