Millətlər Liqasında Azərbaycan və Ermənistan bir divizionda yarışacaq

Millətlər Liqasında Azərbaycan və Ermənistan bir divizionda yarışacaq

Millətlər Liqasının yekun qaydaları bəlli olub. Apasport.az saytının məlumatına görə, qurumun dünən keçirilən İcraiyyə Komitəsinin iclasında ilk dəfə təşkil olunacaq turnirin keçirilmə formatı və AVRO-2020-yə vəsiqələrlə bağlı son qərar təsdiqlənib.

2018-ci il sentyabrın 6-da start götürəcək yarışın yeni loqosu da təqdim edilib. UEFA-ya üzv olan 55 milli assosiasiyanın hamısı yarışda öz millisi ilə təmsil olunacaq.

2017-ci il oktyabrın 11-də açıqlanacaq UEFA-nın yığmalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünəcək. Bu reytinqdə DÇ-2018-in pley-offu nəzərə alınmayacaq.

A və B liqalarında 12, C liqasında 15, D liqasında 16 komanda yer alacaq. İki ən güclü liqanın hərəsində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaqsa, "zəiflər" son liqada 4 komandalı dörd qrupa ayrılacaq.

2018-ci ilin sentyabr-noyabr aylarında ev və səfərdə olmaqla qrup mərhələsinin görüşləri keçiriləcək. A liqasının qrup qalibləri 2019-cu ilin iyununda mükafat uğrunda mübarizə aparacaq.

B, C və D liqalarında qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, A, B və C liqalarının qruplarında sonuncu olanlar aşağı diviziona yuvarlanacaq.

AVRO-2020-yə vəsiqələrlə bağlı da yekun qərar verilib. 13 ölkədə təşkil olunan yarışa meydan sahibi kimi qatılacaq yığma olmadığından 24 vəsiqənin hamısı mübarizədə bilinəcək. Bunlardan 20-ci seçmə mərhələdə məlum olacaq.

2019-cu ilin martında AVRO-2020-nin seçmə oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. 5 qrupda 5, 5 qrupda 6 yığma çıxış edəcək. Hər qrupda ilk iki yerə sahib olanlar final mərhələsinə yüksələcək.

Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən AVRO-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək. Bir liqada yarımfinalda oynamaq üçün seçmə mərhələdən vəsiqə qazanan 4 komanda sayı düzəlməsə, digər liqada daha yüksək yer tutan yığma həmin matçlara qoşulacaq.

Azərbaycan milli komandası qüvvəcə nisbətən bərabər yığmaların yer aldığı "C" divizionunda yarışacaq. Maraqlıdır ki, Ermənistan millisi də həmin diviziona düşüb. Lakin UEFA-dan bildirildiyinə görə, Azərbaycan və Ermənistan milli komandaları ayrı-ayrı qruplara daxil ediləcəklər və görüşə bilməzlər

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az