2024-cü il Yay Olimpiya Oyunlarının Parisdə keçirilməsi demək olar ki, dəqiqləşib. Apasport.az saytının məlumatına görə, buna səbəb sona qalan iki namizəd şəhərdən digərinin – Los Ancelesin müraciəti olub.
Bu barədə BOK prezidenti Tomas Bax da açıqlama verib. O, bildirib ki, Los Ancelesin Olimpiya və Paralimpiya Namizəd Komitəsi daha uzunmüddətli planları olduğunu əsas gətirərək təşkilatçılığı 2028-ci ildə etmək istəyiblər. Belə olan halda isə ev sahibliyi üçün sadəcə bir namizəd – Paris qalıb.
Maraqlıdır ki, BOK-un bir sıra rəsmiləri bu qərara etiraz etsələr də, sonda Baxın istədiyi olub. Xüsusilə də, vitse-prezidenti Uğur Erdener başda olmaqla, bəzi BOK üzvləri bu ideya ilə razılaşmırdılar. Onların fikrincə, təşkilatçının 11 il əvvəl seçilməsi mümkün deyil. Bu həm də 2024-cü il deyil, 2028-ci ilə namizədliyini verməyi planlaşdırılanların haqqının yeyilməsi deməkdi.
Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadakı sessiyasında rəsmi elan olunacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































