20 yaşadək kişi basketbolçular Avropa çempionatının B divizionunda növbəti oyunlar keçirilib.
Rumıniyanın Oradea şəhərində keçirilən yarışda qrup mərhələsinə V turun oyunları ilə yekun vurulub.
B qrupunda mübarizə aparan Azərbaycan millisi sonuncu turda Hollandiya ilə görüşüb. "Narıncılar" bu matçda 85:54 (21:16, 20:22, 24:11, 20:5) hesablı qələbə qazanıb. Cordan Devis komandamızda daha çox – 16 xal toplayıb.
Bu məğlubiyyət Tahir Baxşıyevin yetirmələrinin 4-cü uğursuzluğu olub. Bunadək Rusiyaya 56:85, Slovakiyaya 78:86 və Böyük Britaniyaya 68:111 hesabı ilə uduzan millimiz qrupda sonuncu yeri tutub.
Yığmamız qrup sonuncularının mübarizə aparacağı 17-20-ci yerlər uğrunda matçlarda qüvvəsini sınayacaq. Basketbolçularımız sabah Ermənistanla qarşılaşacaq.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































