Bu axşam İstanbul derbisi var: "Qalatasaray" "Fənərbağça"ya qarşı
26 Oktyabr 13:27
FETÖ terror təşkilatının əlaqə vasitəsi hesab edilən Bylock tətbiqindən istifadə etdiyi bildirilən "Kastamonu 1966" futbol klubunun qapıçısı, 37 yaşlı Oğuzhan Bahadır saxlanılıb.
Prokurorluqda aparılan araşdırmalarla Oğuzhan Bahadırın Bylock-dan istifadə etdiyi məlum olub. Barəsində həbs qərarı verilən qapıçı evində tutulub. Məhkəmə Oğuzhan Bahadır barəsində həbs-qətimkan tədbiri seçib.
Oğuzhan Bahadır Türkiyənin bir çox tanımış klubunda çıxış edib. O, ötən mövsümün dövrələr arası transferi zamanı "Kastamonuspor 1966" klubuna keçmişdi.
Mediainfo.az